Ölkə ərazisində 83 mindən çox yeni nəsil NKA quraşdırılıb
14 Yanvar 2023 11:45 Sosialİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, indiyədək ölkə ərazisində 83.216 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan çox olub ki, bu da əvvəlki illə müqayisədə 4,1 milyard manat və ya 26,6 faiz çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31