Aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz artıb
14 Yanvar 2023 11:17 Sosial2023-cü il 1 yanvar tarixinə ölkə ərazisində aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlki illə müqayisədə 7,0 faiz artaraq 711,9 min olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Olaylar"a bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb və 39,9 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12,3 faiz artaraq 165 minə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31