100-ə yaxın kənddə elektrik enerjisi KƏSİLDİ
13 Yanvar 2023 22:50 SosialXaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində - 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.
Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31