Külli miqdarda psixotrop maddə aşkarlandı - FOTO
13 Yanvar 2023 16:43 SosialHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdardapsixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısıalınıb. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşınaməxsus bel çantası rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli təsvirlərmüşahidə edilib. Yoxlama zamanı çantanın qulplarından aşkar edilən 2 ədədbağlamada kristal şəklində psixotrop maddənin olduğu müəyyənləşdirilib.Bundan başqa həmin şəxsin çantasından gömrük orqanına bəyan edilməyən bir ədəd"İphone 13 Starlight, 128 GB"markalı mobil telefon da aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilənpsixotrop maddə çəkisi 348 qram olan metamfetamindir.Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsiqadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi



