Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verildi
13 Yanvar 2023 11:36 SosialDaxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, nazir Vilayət Eyvazovun əmri ilə E.Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.
O, cəmiyyətdə polisin nüfuzunun qorunması, ictimaiyyətin vaxtında məlumatlandırılması, media nümayəndələrinin baş vermiş hadislərlə bağı vaxtında məlumatlandırılması, maarifləndirmə işinin təşkilində xüsusi fəallığı ilə seçilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31