Səhiyyə Nazirliyindən yeni qərar: Bu xəstəxanaya baş həkim təyin olundu
13 Yanvar 2023 10:49 SosialSəhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib. Nazirlikdən "Olaylar"a bildirib ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Sədaqət Qənbər qızı Hüseynova Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor vəzifəsinə təyin olunub. Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31