Alimlər peyvənd etmədən körpələri koronavirusdan necə qorumağın yollarını tapıblar- ÖZƏL

Pediatrlar müəyyən ediblər ki, körpələr ana südü ilə SARS-CoV-2-yə qarşı anticisimlər əldə edə bilirlər.

Olaylar.az xəbər verir ki, Florida Universitetinin alimləri COVID-19-a qarşı peyvənd olunmuş qadınlardan alınan ana südünün yaşa görə peyvənd üçün uyğun olmayan körpələri qoruduğuna dair əlavə sübutlar göstəriblər. Araşdırmada 37 ana və 25 körpə iştirak edib. Alimlər qadınların ana südü və uşaqların nəcis nümunələrini analiz ediblər. Tədqiqatda həmçinin peyvənddən qısa müddət sonra və altı ay sonra anaların plazmasında və ana südündə aşkar edilən antikorları ölçülüb və sınaqdan keçirilib. Tədqiqatçılar zərərsizləşdirmə analizi adlanan üsuldan istifadə edərək körpələrin nəcislərində tapılan antikorların virusa qarşı qorunma təmin etdiyini göstəriblər. Tədqiqatçıların fikrincə, COVID-19-a səbəb olan virus əsasən ağciyərlərə təsir göstərsə də, bağırsaqlara da daxil ola bilər, ona görə də orada antikor tapmaq vacibdir. Onlar həmçinin qeyd ediblər ki, ana südündən alınan antitellər körpələrin ağız boşluğunda və mədə-bağırsaq traktında qoruyucu örtük yarada bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31