Əhməd İsmayılov: "Mediada istinad məsələsi ilə bağlı qanun işə düşə bilər"
12 Yanvar 2023 13:34 SosialMediada istinadlarla bağlı məsələ bizim üçün də çox ciddidir.
Olaylar.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Gələcəkdə istinada riayət olunması məsələsi daha ciddi nəzərdə tutulur. İstinad hüququ həm də müəlliflik hüququ ilə bağlıdır. MEDİA-da jurnalistlərin müəlliflik hüququnu qorumaqla bağlı tədbiri yoxdur. Əgər jurnalistlər tərəfindən müraciət olarsa, qanun işə düşə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31