Əhməd İsmayılov: "Medianın iqtisadi müstəqilliyi gücləndirilə bilər"

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün müəyyən təklif var və müzakirə olunmaqdadır.

Olaylar.az  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Direktor əgər hüquqi və iqtisadi baxımdan uyğun olarsa, bu təkliflərin qarşıdakı zaman ərzində açıqlanacağını deyib.

Ə.İsmayılov qurumun yeni layihələrlə çıxış etmək fikrində olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31