Avropada ailə dəyərləri hər ötən gün məhv olmaqdadır - ÖZƏL

"Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indiki gənclərimizin çoxu karyera qurmaq adıyla ailə dəyərlərini bir o qədər də önəmsəmirlər".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən  "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, Prezident Təqaüdçüsü Lamiyə İsazadənin sözlərinə görə, gənclərimiz Avropa sayağı yaşamaq istəyir, bu məqsədlə də ailə qurmağa, həmin ailəni axıra qədər sürdürməyə laqeyd yanaşırlar: "Gənclərimiz onu da bilməlidir ki, bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini "çözərək" qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlaya bilmir. Avropada ailə dəyərləri hər ötən gün məhv olmaqdadır. Azərbaycanda isə bu belə deyil. Bəlkə də dünyada yeganə xalqıq ki, ailə dəyərləri bizim üçün bütün dəyərlərdən üstündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31