Zaur canlı efirdə özündən çıxdı - VİDEO
12 Yanvar 2023 11:42 SosialZaur Baxşəliyev aparıcılıq etdiyi "Bizimləsən" verilişində gərgin anlar yaşayıb.
Olaylar.az olay-a istinadən xəbər verir ki, Elçin adlı iştirakçı studiyadakı bir insana ailə qurmaq üçün təklif etmək istədiyini bildirib.
Bu vaxt Zaur "Rejissorumuz indi studiyada oturanları verəcək", - deyə, bildirib.
Lakin daha sonra o, operatorun çəkdiyi planı bəyənməyib.
"Başqa adam yoxdur bu studiyada? Mən drijorluq edirəm. Hara baxırsınız siz? Kameraların ağzını çevir. Artıq mən buradan idarə edəcəm", - deyə, sərt reaksiya verib.
Baxşəliyev bu sözlərindən sonra operatora yaxınlaşaraq "Gəl bura, operator kimi iri-xırda plan verə bilirsiz? Keç bura, işlə", - deyə, bildirib.
Həmin anları təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31