Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir.

Azərbaycanda indiyədək ümumilikdə 827 055 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 462 nəfər müalicə olunaraq sağalıb, 10 033 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir.

Ölkədə son sutka ərzində 2112, hazırkı dövrədək isə 7 499 907 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31