Xalq artisti Aygün Kazımova bahalı geyimi ilə bütün diqqətləri üzərinə çəkib.
Olaylar.az BAKU.WS-ə xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qatılan sənətçi əynindəki libası və aksessuarları bahalı brendlərdən seçib.
Belə ki, ifaçının üst geyimi "Dolce & Gabbana" markasına aiddir. Onun qiyməti 2 353 dollar (təxminən 4 000 AZN), çəkməsinin qiyməti isə 1 176 dollardır (təxminən 2 000 AZN).
Xalq artisti geyimini "Roberto coin" brendinə aid zinət əşyaları ilə tamamlayıb. Kazımovanın dəstinin qiyməti isə 15 min dollardır (təxminən 25 min 500 AZN).


