KOBİA rəhbərliyi ət kəsimi müəssisəsində olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Bakının Zabrat qəsəbəsində yerləşən "Azmeat Production" MMC-nin ət kəsimi müəssisəsinin fəaliyyəti ilə tanış olub. "Olaylar" xəbər verir ki, məlumat verilib ki, "Azmeat Production" MMC 2017-ci ildən fəaliyyət göstərir. Müəssisə iri və xırda buynuzlu heyvan kəsimi, ət emalı və satışı ilə məşğul olur. Müəssisədə gün ərzində 100-150 baş iri, 300-500 xırda buynuzlu heyvan kəsilərək saxlama kameralarında soyudulur və satışa çıxarılır. Müəssisə halal və "ISO 22000:2018" sertifikatlarına malikdir. Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri ilə müəssisənin rəhbərliyi arasında biznes subyektinin inkişaf ehtiyaclarına dair fikir mübadiləsi də aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31