Daha 24 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
11 Yanvar 2023 14:10 SosialŞuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 24 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ekofəalların və QHT nümayəndələrinin ekoloji terrora qarşı keçirdiyi aksiya ərazisindən sülhməramlılara məxsus nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin yük avtomobilləri Laçından Xankəndi istiqamətinə keçid edib. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
QSC-nin nəzdində hazırda 3 televiziya kanalı - AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı - Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də, İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.
QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.