Məhəmmədidə yaşayış binasında güclü yanğın məhdudlaşdırılıb - VİDEO - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Olaylar.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31