Bəzi məsul şəxslər tədbirlər görülmək əvəzinə, özünüreklamla məşğuldurlar - ÖZƏL
11 Yanvar 2023 12:10 Sosial"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiə edilməsinə nəzarət edir. Bəs bu belədirmi?
Olaylar" xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli bildirib ki, əslində heç də belə deyildir: "Bütün şəbəkələrdə paylaşılan xəbərlərə qida təhlükəzliyi idarəsi reaksiya verməli və təçili tədbir görməli olduqları halda, nəinki zay məhsulların, neqativ halların qarşısını alır, heç səsini belə çıxartmır. Son həftələrdə hər kəsin yayımladığı ziyanlı qidalar baradə geniş məlumatlar verildiyi halda, hələ də qidaların manitorinqi baradə onun mağazalardan yığışılması və tədarük edənlər baradə açıqlama belə verilmir. Nədir bunların məqsədləri, nə istəyirlər. Əgər gücləri yetərli deyilsə onda bəs bu xalqın taleyinə məsul olan orqanlar nə üçün tədbir görmürlər. Ölkəni qrip basıb.Yeni il başlamamış, özündən qabaq ölkə böyu xəstəliklər yayılmağa başlayıb. Ölkəmizdə bununla bağlı tədbirlər görülmək əvəzinə ancaq və ancaq məsul şəxslər özünü reklamla məşğul olmaqdadırlar. Düşünüləsi, görüləsi çox işlərimiz var. Məsul işçilərimiz düşünsünlər, səhiyyə və qida təhlükəzliyi agentliyi ilə bağlı qərarların verilməsinin vaxtı çatmadımı?"