Himnimizi təhqir edən Ləman polisə çağırıldı - Bu VİDEOYA görə

Tanınmış "TikToker" Ləman Vəliyeva himnimizi təhrif edərək söyüşlə oxuyub. 

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, "TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, o polis bölməsinə dəvət olunub: 

 

"Vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşmançılığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".

Həmin görüntüləri təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31