Bakı qarla bu tarixdən vidalaşır - Hava dəyişir - FOTO
11 Yanvar 2023 10:50 SosialBu gündən etibarən paytaxta qar yağışı dayanacaq.
Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.
Tətbiqdə, saat 14:00-dan etibarən havanın nisbətən isinəcəyi, temperaturun 2 dərəcəyə qədər yüksələcəyi göstərilir. Sabah isə temperatur bir qədər də qalxaraq 5 dərəcəyə çatacaq.
Qeyd edək ki, bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31