Xızıda qarın hündürlüyü 25 sm olub - VİDEO
10 Yanvar 2023 19:13 SosialŞimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.
Olaylar.az bildirir ki, bizim.media-nın Quba ərazi hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.
Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.
Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.
İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31