Müəllimi döyüb, çantasını oğurladılar - Neftçalada MÜDHİŞ OLAY
10 Yanvar 2023 16:36 SosialNeftçala rayonunun Bankə qəsəbəsində döyülmə faktı qeydə alınıb.
Olaylar.az xəbər verir ki, qəsəbənin 2 nömrəli məktəbində ibtidai sinif müəllimi işləyən Elza İbrahimova evə gedərkən qara maskalı bir şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs müəllimə xəsarət yetirərək, əlindəki çantanı alıb və hadisə yerindən uzaqlaşıb.
E.İbrahimovanın başından ağır xəsarət aldığı bildirilir.
Hazırda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Məlumata görə, Elza müəllimə qəsəbənin imkanlı şəxslərindən hesab edilir. O, müəlliməliklə yanaşı xırda ticarətlə də məşğul olur.
Məsələ ilə bağlı məktəbin direktoru Hüsniyyə Zeynalova ilə əlaqə saxladıq. Direktor Bakupost.az -a açıqlamasında hadisənin baş verdiyini təsdiqlədi: "Hazırda polis araşdırma aparır".
Baku Post