Bakı metrosunda ölən şəxsin kimliyi məlum oldu
10 Yanvar 2023 12:55 SosialBakı metrosunda ölən kişinin kimliyi məlum olub.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.
Onun sözlərinə görə, həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.
Xatırladaq ki, bu gün səhər saat 07:45 radələrində metronun "20 yanvar" stansiyasında bir sərnişin halı pisləşdiyi üçün qatardan düşürülüb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31