Bakı aeroportunda QULDURLUQ: Kişini döyüb pulunu əlindən aldılar
10 Yanvar 2023 13:00 SosialBakı Beynəlxalq Hava Limanında quldurluq hadisəsi olub.
Olaylar.az Lent.az-a istinadən xəbər verir ki, polisə ərizə ilə müraciət edən Qalib Rüstəmov Beynəlxalq Hava Limanı ərazisində naməlum şəxslər tərəfindən döyüldüyünü, içərisində külli miqdarda ABŞ dolları və sənədləri olan çantasının əlindən alındığını bildirib.
Daxil olan şikayət əsasında DİN-in Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmalar nəticəsində hadisəni törədənlərdən ikisinin şəxsiyyəti müəyyən edilib.
Şikayətçinin iddiasına görə onlar Elçin Orucov və Fərid Vahabovdur.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31