Maşınla kanala düşüb ölən sürücü müəllim imiş... - FOTO
10 Yanvar 2023 11:13 SosialDünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən biri müəllim imiş.
Olaylar.az Qafqazinfo-ya istinadən xəbər verir ki, idarə etdiyi "Niva" markalı avtomobili rayonun Əşlə kəndi ərazisində çaya aşıran İlqar Əbdürrəhman oğlu Bayramov riyaziyyat müəllimi işləyib. Siyablı kənd sakini olan İ.Bayramov həm də Şovu kənd tam orta məktəbin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışırmış.
Qeyd edək ki, hadisədə İ.Bayramovun avtomobilində olan sərnişin Ş.Mirzəyev də aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31