Daha 195 hektar ərazi minalardan təmizlənib
9 Yanvar 2023 19:07 SosialAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
Olaylar.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, yanvarın 5-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki,195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31