Problemi aradan qaldırmaq əvəzinə müəllimi cəzalandırmaq qəbuledilməzdir - ÖZƏL
9 Yanvar 2023 14:55 Sosial"Məktəbdə mövcud olan hər hansı bir problemi aradan qaldırmaq əvəzinə, həmin problemi gündəmə gətirən, onu ictimailəşdirən müəllimi cəzalandırmaq, ona töhmət vermək qəbuledilməzdir. Bu kimi neqativ hallar ümumilikdə təhsilimizə öz mənfi təsirini göstərir". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin İmişli məktəblərindən birində baş verəmiş hadisəyə münasibətində yer alıb. İctimai Birlik hesab edir ki, məktəb rəhbərliyi sözügedən problemi ictimailəşdirən müəlliməyə töhmət vermək əvəzinə həmin problemi aradan qaldırmaq istiqamətində bu vaxta qədər səylər göstərməli, müvafiq qurumları qarşısında məsələ qaldırmalı idi: "Zənn etmirik ki, hər hansı bir məktəb təhsil ocağında sanitar qovşağın olmaması barədə məsələ qaldırsın, lakin buna yerli qurumlar müsbət reaksiya verməsin. Hesab edirik ki, məktəb rəhbərliyi özü sözügedən poroblemin aradan qaldırılmasına maraqlı olmayıb".
İctimai Birlik bəyan edir ki, bu kimi neqativ hallar, onları ictimailəşdirən şəxsləri cəzalandırmaqla təhsilimi qabağa aparmaq olmaz: "Əksinə daha da geri gedər".