Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

"Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqlar, hamilə qadınlar, yaşlı və ağır xroniki xəstəlikləri olanlarla təmaslardan tamamilə istisna edilməlidir: "Xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31