Qarlı havada xəsarət alanların sayı açıqlandı

Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Nazirlikdən verilən xəbərə görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31