Xırdalanda maşın transformatora çırpıldı - ANBAAN VİDEO

Xırdalanda avtomobil transformatora çırpılıb.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı Oxu.Az-a təsdiq edib.

O bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:

"Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31