Sumqayıtda qar ciddi problemlər yaradıb - VİDEO

Gecə saatlarından başlayaraq yağan qar Sumqayıt şəhəri ərazisindəki əsas küçə və prospektlərdə problem yaradıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, səhər saatlarında şəhərin küçələrində avtomobillərin hərəkətində problem yaranıb. Nəticədə bir neçə avtomobil idarəetməni itirərək qəza törədib. Gecə saatlarından başlanan qar və külək nəticəsində küçələr buz bağlayıb. Yolların təmizlənməməsi nəticəsində səhər saatlarında şəhər ərazisində avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar səhər saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib.

Şəhər ərazisindəki küçə və prospektlərdə səhər saatlarından başlayaraq iş aparılıb, yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Hazırda yollarda avtomobillərin hərəkəti üçün ciddi problem müşahidə olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31