Azərbaycanlı aktrisa: "Ərim məni gəlinimizin bacısı ilə aldatdı, ailəm dağıldı"

Aktrisa Sonaxanım Əliyeva şəxsi həyatından bəhs edib. Olaylar.az-ın məlumatına görə, aktrisa ilk dəfə verilişlərin birində ailəsinin dağılma səbəbini açıqlayıb: "Həyat yoldaşımla xəyanətə görə boşanmışam. Həmin xanım tanıdığım biri idi. Belə ki, keşmiş ərim məni qardaşımın yoldaşının bacısı ilə aldatdı. Onların münasibətləri sübut olundu. Mən də boşandım. Ailəm onun üstündə dağıldı. Amma keçmiş həyat yoldaşımla gəlinimizin bacısı evlənmədi".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31