Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın qəza...
9 Yanvar 2023 12:04 SosialBakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.
Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Yolun təmizlənməsi üçün əraziyə heç bir texnika cəlb edilməyib. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.
Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31