Qara görə taksi qiymətləri kəskin artdı - FOTO

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.

Olaylar.az Trend-ə istinadən bildirir ki, taksi xidməti göstərən avtomobillərin tapılmasında çətinliklər yaranıb.

Qiymətlərdə isə kəskin artım müşahidə olunur. 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat arası qiymətlər göstərilir

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31