Universitetlərə qəbul olunanan qız övladlarımızın sayının artması sevindiricidir - ÖZƏL - FOTO

Millət vəkili Musa Qasımlı Masallı rayonunda seçiciləri ilə görüşüb. "Olaylar"a xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Masallı rayonunun Tatyanoba,Güllütəpə,Yeni Zuvand və Əmirtürbə kəndlərində sakinlərlə görüşdüm, məktəblərə baş çəkdiim. Rayon rəhbərliyi tərəfindən vətəndaşlarda rəğbət doğuran böyük işlər görülür. Son illərdə rayonun kənd məktəblərini bitirib universitetlərə qəbul olunanların cərgəsində  qız övladlarımızın sayının artması sevindiricidir. Kəndlərimizin mədəni siması dəyişir. Görüşlərdə sakinlər bir neçə məsələnin həllinə kömək göstərilməsini xahiş etdilər. Birincisi, bəzi kəndlərdə təbii qaz xətti məktəb binasının yanından keçsə də, istillik sistemi quraşdırılmayıb. Çətin relyefdə yerləşən ən ucqar dağ kəndlərinin təbii qazla təmin edilməsində bacarıqla işlər görən Azəriqazın bu məsələni həll edəcəyinə inanıram. İkincisi, müəllimlik ixtisasını bitirmiş bəzi qız övladlarımızın doğma kəndlərində məktəblərdə işlə təmin olunmasında problemlər vardır. Qadının təhsilli, savadlı olması ailənin, bütövlükdə cəmiyyətin gerilikdən, cəhalətdən, xurafatdan və radikalizmdən qurtarılması deməkdir. Ona görə də ali təhsilli qız övladlarımızın kənd məktəblərində işlə təmin olunması məqsədilə  Elm və Təhsil Nazirliyinin xüsusi layihələr həyata keçirəcəyinə, qətiyyətli qərarlar qəbul edəcəyinə ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31