Ötən il Qarabağ iqtisadi rayonuna 7851 vətəndaş səfər edib
7 Yanvar 2023 21:42 SosialÖtən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında bildirib.
Qeyd edilib ki, Xüsusi nümayəndəlik təşkil olunan vətəndaş səfərləri ilə səfər edənlərin sayı 3751 nəfərdir. Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31