Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı
7 Yanvar 2023 18:29 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, 10 017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.
Ölkədə son sutka ərzində 2 459, hazırkı dövrədək isə 7 441 759 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31