Uşaqlarda dırnaq yemə halları nəyin əlamətidir?

"Dırnaq yemə vərdişləri uşaqlarda ən çox 3-4 yaşından başlayır və əgər vaxtında müalicə olunmazsa, cinsi yetkinliyə qədər davam edə bilər. Bəzən bu alışqanlıq dırnaq ətini qoparmaq, ayaq dırnaqlarını yemə şəklində də ola bilər". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyevin sözlərinə görə, bu narahatlığın altında yatan səbəblər çox vaxt uşağın psixologiyası ilə bağlı problemlər hesab olunur: "Bura ailədə ciddi rejimin olması, uşağa qarşı yetərli sevginin göstərilməməsi, diqqət əksikliyi və.s aiddir. Ona görə də ilk öncə səbəbi tapmaq lazımdır. Bu davranışın uşağın sağlamlığı üçün yaxşı olmadığını ona izah etmək və inandırmaq lazımdır. Eyni zamanda, uşaq hər cür neqativ və qorxulu vəziyyətlərdən uzaq tutulmalıdır. Valideynlərə onları istənilən bəhanə ilə tərifləməyi tövsiyə edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31