Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü 

Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

Olaylar.az Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31