Talış kəndi qayıdış üçün hazır vəziyyətdədir - ÖZƏL

Tərtərin işğaldan azad olunan Talış kəndinə qaz çəkilişi uğurla başa çatıb. Kəndin işıq, su-kanalzasiya və rabitə xətləri də demək olar ki, hazır vəziyyətdədir.  İlkin mərhələdə köçürüləcək ailələr üçün tikilən və təmir olunan evlərin hamısı mətbəx mebelləri ilə təchiz edilib. Hər bir evin həyətində mal-qara və toyuq-cücə saxlanması üçün yardımçı tikintilər var. Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır: "Qeyri-yaşayış binalarının istilik və isti su təchizatı  kənddə qurulmuş mərkəzi qazanxana vasitəsilə təmin olunacaq. Bir sözlə, Talış Heydər Əliyev ilində adının qaytarılmış və qayıdılmış qəsəbələr sırasında yer almasına artıq hazırdır. Bu kəndin gələcək sakinlərinin hamısına ailə səadəti, əmin-amanlıq arzulayır, çətin şəraitdə tikinti-quruculuq işlərini reallaşdıran hər kəsə təşəkkürümü çatdırıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31