Ötən il 3.400-dən çox akt ekspertizadan keçirilib - ÖZƏL
6 Yanvar 2023 10:58 SosialÖtən il Ədliyyə Nazirliyi tərəfindən 1.200-dək yeni normativ hüquq akt layihələri hazırlanıb. Bu barədə nazirlikdən "Olaylar"a daxil olan məlumatda bildirilib ki, 3.400-dən çox akt ekspertizadan keçirilib. Həmin layihələr əsasən iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələləri ilə bağlı olub. Qanunvericilikdəki yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə "Hüquqi aktların vahid elektron bazası"ndan (http://e-qanun.az) istifadə sayı 15%-ə qədər artaraq 3 milyonu ötüb. Həmin resursun yeni mobil versiyası yaradılaraq istifadəyə verilmiş və ondan insanların daha tez və asan bəhrələnməsi üçün geniş ictimai təqdimatlar keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31