Talıbovun holdinqi əlindən alındı, adı dəyişdirildi - Bakıdan rəhbər təyin ediləcək - YENİLƏNİB
6 Yanvar 2023 10:59 SosialNaxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq"in adı dəyişdirilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, artıq şirkət bu gündən "Arkoz Holdinq" adını daşıyacaq.
Eyni zamanda, "Gəmiqaya Holdinq"in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət "Gəmiqaya Holdinq"in prezidenti olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31