Alimentin miqdarı necə müəyyən edilir? - ÖZƏL
5 Yanvar 2023 13:30 SosialHikahına xitam verilmiş ailələrdə ən mübahisəli məslələrdən biri də alimentin təyin edilməsilə bağlıdır. Maraqlıdır, boşanmış ailələrdə təyin ediləcək alimentin miqdarı necə müəyyən edilir? Hüquqşünas Alim Hüseynli bildirib ki, Ailə Məcəlləsinin 93-cü maddəsinə görə, ailənin başqa üzvlərini saxlamaq üçün alimentin miqdarı əgər tərəflər arasında aliment sazişi mövcuddursa, həmin sazişə görə müəyyən edilir. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir: "Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir. Bundan başqa, məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır".