Azad edilən ərazilərdə çalışan əcnəbilərə əmək miqrasiyası kvotası tətbiq edilməyəcək - ÖZƏL

"Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müddətinə işğaldan azad edilmiş ərazilərimizdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə münasibətdə əmək miqrasiyası kvotası tətbiq edilməyəcək".
"OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov səsləndirib. Xidmət rəisi bildirib ki,  həmin ərazilərdə çalışan əcnəbilərin iş icazəsində də müəyyən dəyişikliklər ediləcək: "Belə ki, onların iş icazəsi 1 il deyil, 2 ilədək müddətə uzadılacaq və müraciətlərə baxılma müddəti daha qısa, 5 iş günü olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31