Gəncədə doğum vaxtına iki həftə qalan ana əməliyyat edildi, körpə komaya düşdü

Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada qeysəriyyə ilə doğulan körpə komaya düşüb.

Belə ki, normal hamiləlik dövrü keçirən ana dekabrın 27-də son müayinə üçün həmin xəstəxanaya müraciət edib. Hamiləlik müddətində və son dopler müayinəsində körpənin 11-18 yanvar arası dünyaya gələcəyi bildirilsə də, ana Səbinə adlı həkim tərəfindən erkən qeysəriyyə əməliyyatına alınıb.

Olaylar.az baku.tv-yə istinadən bildirir ki, şöbə müdiri Şəhla adlı həkim isə bayram tətilində Bakıda olacağını bildirirərək, əməliyyatı dekabrın 29-na təyin edib.

Xəstəxanadan bildirilib ki, Gəncə şəhər sakini Qurbanova Aytən Adil qızı 29.12.2022-ci il tarixində 38 həftəlik hamiləlik və uşaqlıqda ağır çapıq şikayətləri ilə Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət edib. Həkim-ginekoloq Səbinə Quliyeva doğuşu sonlandırma zərurəti olduğundan (xəstəyə müvafiq hazırlıqlar görüldükdən sonra) hamilə qadın qeysəriyyə əməliyyatı olunub. 3 200 qram çəkisi olan uşaq dünyaya gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31