Bakıda partlayışda həlak olan polisin toy görüntüləri - VİDEO

Xəbər verdiyimiz kimi, iki gün öncə Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində bir nəfər polis əməkdaşı həlak olub. Polis əməkdaşının toy görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Hadisədə həyatını itirən şəxs polis Məhəmməd Babayev olub. 

Olaylar.az azxəbər-ə istinadla xəbər verir ki, o, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib. Mərhumun yeni ailə qurduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31