Azərbaycanda koronovirusa qarşı peyvənd olunanların sayı açıqlandı
4 Yanvar 2023 17:30 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 932 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 710, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 357, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 647 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31