Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı
4 Yanvar 2023 17:29 SosialSon sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 149 nəfər müalicə olunaraq sağalıb, hazırda 339 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965, bu günə qədər isə ümumilikdə 7 434 660 test icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31