Bakıda partlayış baş verən binanın sakinlərinin qalması üçün çadırlar qurulub - FOTO

Olaylar.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar binaya qazın verilişinin müvəqqəti dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.

Sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31