Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI - FOTO
2 Yanvar 2023 21:17 SosialANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq və illik statistik məlumatları açıqlayıb.
ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, dekabrın 1-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 305 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
2 263.07 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bunda əlavə, ötən il ərzində (yanvar-dekabr) aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31