Bayraqla kobud davranan barədə cinayət işi başladı

Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağına qarşı kobud davranışı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Olaylar"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb. Onun I Qarabağ müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı"ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov olduğu müəyyənləşib. Z.Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31